Kiyevdə hava həyəcanı elan edilib

Olaylar.az xəbər verir ki, Kiyev administrasiyası Telegram kanalına bildirib ki, şəhərdə hava həyəcanı elan edilib.

Vətəndaşlar təcili olaraq sığınacaqlara təxliyə etməyə çağırılıb.Rusiya oktyabrın 10-da, Krım körpüsü partladılandan iki gün sonra Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə başlayıb. Oktyabrın 22-də yeni irimiqyaslı mərmilər atılıb. 

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, hakimiyyət Rusiya zərbələrinin nəticələrini aradan qaldırmağa davam edir. Onun sözlərinə görə, yalnız oktyabrın 22-də Volın, Odessa, Xmelnitski, Kirovoqrad, Dnepropetrovsk, Rovno, Zaporojye və digər vilayətlər zərər çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31