"ABŞ ölkə kimi öz vəzifələrinin öhdəsindən gələ bilmir"- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiyası  Şurasının vitse-spikeri Konstantin Kosaçov BMT-nin keçirdiyi bəzi tədbirlərin Nyu-Yorkdan üçüncü ölkələrə köçürülməsini təklif edib. Bu barədə o, RİA Novosti-yə bildirib. Kosaçovun sözlərinə görə, qərargahın köçürülməsi maliyyə xərclərinə görə çətindir. Lakin, Baş Assambleyanın iclası kimi müəyyən tədbirlər Nyu-Yorkdan kənarda baş verə bilər. Eyni zamanda, siyasətçi ABŞ-ın üzərinə düşən vəzifələrin öhdəsindən gəlmədiyini vurğulayıb. 

"ABŞ-ın qərargahın yerləşdiyi ölkə kimi öz vəzifələrinin öhdəsindən açıq şəkildə gəlmədiyini nəzərə alaraq" BMT tədbirlərinin Nyu-Yorkdan köçürülməsi çoxdan gecikib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31