"İphone, yoxsa “zaman səyahətçisi" illuziyası?" - FOTO

Bir neçə il əvvəl 1995-ci ildə Mayk Tayson matçından əks olunan və geniş müzakirələrə səbəb olan bir görüntü yenidən sosial platformalarda gündəmə gəlib.

Olaylar.az olaraq gəlin illuziya şaiyələrinə aydınlıq gətirmək üçün həmin görüntünün tarixinə qısa nəzər salaq.

Sosial şəbəkələrdə Tayson və Piter Maknili arasında keçirilən ağır çəki üzrə boks yarışını əks etdirən video yerləşdirilib.

Şəkildəki tamaşaçılardan birinin əlində kameralı telefona oxşayan bir cihazı var idi. O vaxt belə telefonlar hələ yox idi. Görüntü internetdə sensasiyaya səbəb olmuşdu və "zaman səyahətçisi" adlandırılmışdı. Bunun səbəbi, kamera quraşdırılmış smartfonların 2000-ci ilə qədər mövcud olmamasıdır. Samsung və Sharp belə smartfonları  müvafiq olaraq Cənubi Koreya və Yaponiyada satışa 2002-ci ilin noyabrına qədər satışa çıxarmamışdı.

Bu həftə Mayk Taysonun həmin görüntü ilə bağlı şərhi internet mediasında əksini tapıb. Taysona qatıldığı bir proqramda görüntü ilə bağlı sual verildikdə:
"Telefonlardandır, elə deyilmi? Bu hadisəni gördüm. Biri mənə göstərdi və bu məni çox qorxutdu"-deyə cavab verib.

Bu şəkil görənləri çaşdırır - İphone, yoxsa "zaman səyahətçisi

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31