"Bu şərtlərlə danışıqlara başlayacağıq" - Zelenski
22 Oktyabr 2022 22:37 DünyaBir sıra şərtlərlə Rusiya ilə danışmağa hazıram.
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Referendumlar bu tarixin nöqtəsi oldu. Danışıqlar aparmaq istəyirlərsə, ərazilərimizdən çıxmalıdırlar. Onlar ərazimizi tərk etməli və 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində torpaqlarımızı bizə qaytarmalıdırlar. Ondan sonra hansı formatda və kiminlə danışmağa hazır olduğumuzu deyəcəyik. Bu, ədalətlidir", - prezident bildirib.
Qeyd edək ki, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin birləşdirilməsilə bağlı referendum keçirdikdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışmaqdan rəsmən imtina etmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31