“Gəlin, bu məsələni referenduma çıxaraq, xalq qərar versin” - Rəcəb Tayyib Ərdoğan

Olaylar.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.

"Gəlin, bu məsələni referenduma çıxaraq, xalq qərar versin", - deyə o, şənbə günü Malatya şəhərindəki çıxışı zamanı bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan əsas qanunda qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edən dəyişikliklərin hazırlanmasını təklif edib.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31