"Birgə Hərtərəfli Fəaliyyət Planı həm də Rusiya üçün faydalıdır” - Netanyahu
22 Oktyabr 2022 18:56 Dünya"İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı hazırkı formada təkcə İran üçün deyil, həm də Rusiya üçün faydalıdır".
Olaylar.az xəbər verir ki, bunu İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu bildirib.
Fox News-a müsahibəsində o qeyd edib ki, əgər nüvə sazişi nə vaxtsa imzalanarsa, bu, təkcə İrana deyil, həm də Rusiya xəzinəsinə yüz milyardlarla dollar gəlir gətirəcək.
Netanyahu həmçinin deyib ki, İrana və sanksiyaların ləğvinin tərəfdarı olanlara qarşı sərt sanksiyalar tətbiq edilməlidir.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31