"Həqiqətə zidd ittihamlara məruz qalırıq" - Rəcəb Tayyib Ərdoğan

Bu gün "rəqəmsal terrorizm" təkcə demokratiya və ictimai asayiş üçün deyil, həm də ölkələrin milli təhlükəsizliyi üçün açıq təhdiddir.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya nazirlərinin İstanbulda keçirilən 12-ci iclasının iştirakçılarına müraciət edərkən deyib.

"Təəssüf ki, bu gün dünyada milyonlarla insan yalan, saxta və təhrif olunmuş məlumatlara görə əziyyət çəkir", - deyə Türkiyə prezidenti bildirib.

Dövlət başçısı bəzi dairələrin Türkiyənin terrorla mübarizəyə verdiyi töhfəni gözdən salmaq cəhdlərini də tənqid edib:

"Türkiyə İŞİD terrorçularına qarşı "yerdə" uğurla mübarizə aparan yeganə ölkə olmasına baxmayaraq, bu həqiqətə zidd ittihamlara məruz qalırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31