Məktəblər yenidən məcburi maska rejiminə keçir
21 Oktyabr 2022 12:00 DünyaQazaxıstanın Aktobe şəhərinin məktəblərində COVID-19-a yoluxma hallarının kəskin artması ilə əlaqədar məcburi maska rejiminin tətbiqinə başlanılıb.
Yerli mətbuatın yazdığına görə, orta təhsil müəssisələrində 500-ə yaxın uşaq virusa yoluxub, onlardan 45-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Mütəxəssislər vəziyyətin daha da gərginləşəcəyini istisna etmir və virusun yayılmasının qarşısını almaq üçün məktəblərdə qadağaların tətbiqinə çağırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31