Zelenski Lavrovun həyat yoldaşına sanksiya tətbiq edib

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına sanksiya tətbiq edən qərarını qüvvəyə mindirib.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin saytında dərc olunan sənəddə bildirilir.

Sənədə əsasən, Mariya Aleksandrovna Lavrova və Yekaterina Sergeyevna Vinokurova 10 il müddətinə sanksiyalar tətbiq edilib. Tədbirə aktivlərin dondurulması və torpağın alınmasına qadağalar kimi məhdudiyyətlər daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31