LGBT təbliğatına görə xarici vətəndaşların Rusiyadan çıxarılması təklif edilir

Dövlət Dumasına təqdim edilmiş qanun layihəsinə əsasən, qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatında iştirak edən xarici vətəndaşlar Rusiyadan qovulacaq və 400 min rubla (6500 dollar) qədər cərimə olunacaqlar.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı TASS paylaşıb.

Qanun layihəsi böyüklər arasında, o cümlədən internetdə qeyri-ənənəvi dəyərlərin təbliğatına görə 100-200 min rubl (1600-3200 dollar) məbləğində inzibati cərimə və sonradan Rusiyadan qovulma ilə cəzalandırılmasını təklif edir. Yetkinlik yaşına çatmayanların iştirak etdiyi oxşar cinayətin 200.000-dən 400.00 rubla qədər (3200-6500 ABŞ dolları) cərimələnməsi və ölkədən deportasiya edilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31