Aİ “Shahed”ə qarşı sanksiyalar tətbiq edib
21 Oktyabr 2022 10:40 DünyaAİ İranın pilotsuz təyyarələr istehsalçısı olan "Shahed Aviation Industries" şirkətinə qarşı sanksiyalar tətbiq edib.Eyni zamanda İranın üç generalı da sanksiyalar siyahısına daxil edilib.Olaylar.az xəbər verir ki, bu barədə Aİ Şurasının İranla bağlı qərarında məlumat verilib. Qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.
"İran rejimi Rusiyanın Ukraynaya qarşı əsaslandırılmamış təcavüzünə hərbi yardım göstərir. Vəziyyətin ağırlığını nəzərə alaraq, Aİ Şurası Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqəli üç fiziki şəxsin və bir təşkilatın Aİ-nin sanksiyalar siyahısına daxil edilməsi barədə qərar qəbul edib", - deyə sənəddə qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31