Blinken və Quterreş Ukraynadakı vəziyyəti müzakirə ediblər

ABŞ Dövlət katibi Antoni Blinken və BMT-nin Baş katibi Antonio Quterreş telefon söhbəti zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, tərəflər ölkələrin ərazi bütövlüyü ilə bağlı BMT prinsiplərinin müdafiəsinin vacibliyini vurğulayıblar. Həmçinin Ukrayna və haitidə humanitar böhranların həlli üçün BMT-nin səylərinin artırılmasının vacibliyi qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31