“Taliban” smartfonların istifadəsini qadağan edib
21 Oktyabr 2022 10:33 DünyaƏfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı Pəncşir vilayətində smartfonların istifadəsini qadağan edib.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Etilaatroz"-un məlumatına görə, Artıq "Taliban" döyüşçüləri nəzarət-buraxılış məntəqələrində mobil telefonların müsadirəsini həyata keçirirlər.
"Taliban" əsgərləri özlərinin təyin etdikləri məmurların, polis qüvvələrinin də smartfonlarını müsadirə edirlər. Vilayətdə ancaq kamerasız telefon gəzdirməyə icazə verilir.
Əfqanıstan mətbuatının yazdığına görə, "Taliban" hərəkatı Pəncşirdə yeni hakimiyyətə tabe olmaqdan imtina edən silahlı dəstələrə qarşı yeni hərbi əməliyyatlara hazırlaşır və bu səbəbdən müəyyən məhdudlaşdırıcı tədbirlərə əl atır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31