"Qlobal çağırışların öhdəsindən gəlmək üçün Britaniya hökuməti ilə əməkdaşlığı davam etdirəcəyik" Bayden
20 Oktyabr 2022 22:03 DünyaVaşinqton Böyük Britaniyanın baş naziri Liz Trassın istefasından sonra da London ilə sıx əməkdaşlığı davam etdirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Prezidenti Co Bayden özünün "Twitter" səhifəsində yazıb.
"Baş nazir Liz Trassa əməkdaşlığına görə təşəkkür edirəm. Ölkələrimizin üzləşdiyi qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə işlədiyimizə görə Böyük Britaniya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyik", - deyə C.Bayden bildirib.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Liz Trass öz vəzifəsindən istefa verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31