Kiyev texnogen fəlakət qarşısındadır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Xerson vilayətində texnogen fəlakət təhlükəsi barədə xəbərdarlıq ediblər. Hadisələrin episentri Kaxovskaya SES ola bilər. Strateji obyekt bir aydan çoxdur ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.  Bununla əlaqədar yerli sakinlərə daha sakit yerlərə köçmək tövsiyə olunub. Bunu "Rossiya 24" telekanalının efirində "Nova Kaxovka" administrasiyasının rəhbəri Vladimir Leontyev deyib. Hazırda şəhəri artıq 700-dən çox insan tərk edib. Rusiya hakimiyyəti məcburi köçkünlərə yardım göstərəcəyini vəd edib. Ölkənin digər bölgələrində insanlar pulsuz yerləşdiriləcək.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31