İsrail Rusiyanın ABŞ hegemonluğunu məhv etmək planını açıqlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Şərqə istiqamətini dəyişmək qərarı ABŞ-ın qlobal hegemonluğunu məhv edəcək.

Bu barədə İsrail mətbuatı açıqlama yayıb. "Bu, yeni soyuq müharibə deyil, daha çox qlobal keçiddir: müstəmləkə hökmranlığı və dünya müharibələri ilə köklənmiş dünyadan, qlobal hegemon kimi ABŞ-ın öz nizamını tətbiq etdiyi dünyadan yeni çoxqütblü dünya nizamına doğru keçid".  Qeyd olunur ki, Moskvanın Şərqə istiqamətlənmək qərarı Sovet İttifaqının təcrübəsinə əsaslanır. Beləliklə, Rusiya yenidən "qlobal cənub" ölkələrinə yaxınlaşır. Artıq indi Rusiya ilə Çin, İran və Türkiyə arasında əhəmiyyətli əməkdaşlıqdan danışmaq olar. Bundan əlavə, Moskva Fars körfəzi, Mərkəzi Asiya və Pakistan ölkələri ilə də fəal şəkildə əlaqələr qurur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31