Dünyada COVID-19-dan ölənlərin sayı azalıb

Oktyabrın 10-dan 17-dək dünyada 2,9 milyondan çox insana yeni növ koronavirus infeksiyası diaqnozu qoyulub, 8,000-dən çox ölüm qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülletenində qeyd edilir.

Qlobal təşkilat bildirib ki, hesabat dövründə yoluxma halları 6%, ölüm halları isə 17% azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31