Atı aktyora 1,7 milyon qazandırdı - FOTO

Türkiyəli aktyor Emre Karayelin "Yiğit kardeş" adlı atı yarışda iştirak edib.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, 10.Osmanlı Padişahı Kanuni Sultan Süleyman adına təşkil olunan yarışda aktyorun atı birinci olub.

"Yiğit Kardeş" Karayelə 1 milyon 707 min lirə (təxminən 156 min 190 manat) qazandırıb. Ailəsiylə birgə yarışı izləyən aktyor kubokla birgə çəkilən şəkillərini sosial şəbəkədə paylaşıb.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31