Ukraynada son sutkada 12 “Şahed” PUA-sı məhv edilib
19 Oktyabr 2022 12:13 Dünya"Son sutkada Rusiya ordusu İran istehsalı olan 14 "Şahed" PUA-sı ilə Ukraynaya ərazisinə hücum edib. Onlardan 12-si məhv edilib".
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.
Məlumata görə, 10-dan çox yaşayış məntəqəsi, o cümlədən paytaxt Kiyev, Jitomir, Xarkov, Dnepr, Krivoy Roq, Zaporojye və Donetks əraziləri hücuma məruz qalıb:
"Bunun üçün düşmən qanadlı və zenit raketlərdən istifadə edib. Qarşı tərəf müvəqqəti işğal olunmuş ərazilərdə Ukraynanın mədəni irsini məhv edir, muzeyleri talan edir, Ukrayna dilində nəşr olunmuş dərslikləri yandırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31