Moskvadan Özbəkistana uçan təyyarə məcburi eniş edib

Moskvadan Özbəkistanın Urganç şəhərinə uçan təyyarə Samarada məcburi eniş edib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Uzbekistan Airports" ASC məlumat yayıb.
"Azimut Hava Yollarının Moskva-Urganç marşrutu üzrə AZO-7059 reysini həyata keçirən SSJ-100 təyyarəsi Samarada məcburi eniş edib. Səbəb sərnişinin vəziyyətinin pisləşməsi olub" - şirkətin Telegram kanalında qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31