Almaniya Ukraynaya növbəti hərbi yardım edib
19 Oktyabr 2022 11:41 DünyaAlmaniya Ukraynaya zirehli bərpa-təxliyə maşınları, ağır və orta körpü sistemləri və qış geyimləri tədarük edib.
Olaylar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.
Qeyd edilir ki, Almaniya Ukraynanın hərbi ehtiyacları üçün 5 zirehli mühəndis maşını, 35 yükləyici və 4 000 yataq çantası bağışlayıb. Bundan əlavə, 240 min qış papağı, 80 000 qış şalvarı, 116 000 qış gödəkçəsi, 195 generator, 200 çadır, 167 000 silah patronu, 7 ağır və orta körpü sistemi, 10 ədəd "Bergepanzer 2" zirehli bərpa maşını tədarük edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31