Borrell Ukraynaya qarşı irqçi bəyanata görə üzr istəyir
19 Oktyabr 2022 11:16 DünyaAvropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Avropanı "bağ"la, ətrafındakı dünyanı isə "cəngəllik"lə müqayisə etməsini irqçilik kimi tanımaqdan imtina edib.
Olaylar.az xəbər verir ki, Avropa diplomatiyası rəhbərinin şərhi Avropa İttifaqının saytında dərc olunub.
"Pislik və qanunsuzluq dünyasının böyüməsi mənim "cəngəllik" dedikdə nəzərdə tutduğum şeydir. Bunun irqçi, coğrafi və mədəni çalarları yoxdur. Təəssüf ki, "cəngəllik" hər yerdə, o cümlədən Ukraynadadır", - Borrell fikrini izah edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31