Putin Valday Beynəlxalq Diskussiya Klubunda çıxış edəcək

Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq oktyabrın 27-də Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasının iştirakçıları qarşısında çıxış edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əlbəttə, biz onun həmişə olduğu kimi plenar iclasda çıxış edəcəyini gözləyirik", - Peskov bildirib. 

Putinin müraciətinin iclasda şəxsən iştirak edib, yoxsa onlayn videokonfrans vasitəsilə səsləndiriləcəyini dəqiqləşdirilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31