Ukrayna Silahlı Qüvvələri Enerqodarı atəşə tutublar
19 Oktyabr 2022 11:05 DünyaUkrayna hərbçiləri səhər saatlarında Zaporojye Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi Enerqodar şəhərinə atəş açıblar.
Olaylar.az xəbər verir ki, bu barədə bələdiyyə hərbi-mülki administrasiyası məlumat yayıb.
"Ukrayna hərbçiləri hazırda müxtəlif silahlardan istifadə etməklə Enerqodarı atəşə tutur. Zərbələr şəhərin müxtəlif hissələrini hədəf alır", - administrasiya bildirib.
Mümkün tələfat və yerli infrastruktura dəymiş ziyanın miqyası ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31