XİN: "Rusiya Ukraynanı nüvə silahı ilə hədələmir"
19 Oktyabr 2022 11:07 Dünya"Rusiya Ukraynanı nüvə silahı ilə hədələməyib və təhdid etmir".
Olaylar.az xəbər verir ki, bunu BMT-də Konstantin Vorontsov deyib ki.
"Rusiya Ukraynanı nüvə silahı ilə hədələməyib və təhdid etmir. Eyni zamanda, Kiyevin Ukraynanın nüvəsiz statusuna yenidən baxılmasının mümkünlüyü ilə bağlı bəyanatları ciddi narahatlığa səbəb olub ki, bu da nüvə silahı əldə etmək cəhdi deməkdir. Kiyevin NATO ölkələrinin Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələrinin endirilməsinin zəruriliyi ilə bağlı son bəyanatlarını nəzərə alsaq, bu, ikiqat qəbuledilməzdir və qəti şəkildə yolverilməzdir", - deyə o, BMT Baş Assambleyasının Birinci Komitəsinin iclasında bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31