ABŞ-da təyyarə qəzaya UĞRADI
18 Oktyabr 2022 22:58 DünyaABŞ-ın Ohayo ştatının Marietta şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı CNN ştatın magistral patrul xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarə diler mərkəzinin dayanacağında qəzaya uğrayıb, nəticədə pilot və sərnişin həlak olub. Qəza zamanı avtomobillərə və diler mərkəzinin binasına ziyan dəyib.
Qeyd edilir ki, təyyarə yerə düşdükdən sonra alovlanıb, yanğın söndürülüb.
ABŞ-ın Federal Aviasiya Administrasiyası və Nəqliyyatda Təhlükəsizlik Milli Şurası insidentlə bağlı araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31