Avtomobilin vurduğu kuryer yoldan yaşayış evinin həyətinə düşdü - VİDEO
18 Oktyabr 2022 16:50 DünyaTürkiyənin Muğla şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Belə ki, yol kəsişməsində sürücü idarə etdiyi minik avtomobilini kuryerin motosikletinə çırpıb.
Zərbənin gücündən kuryer havada bir neçə dəfə dövrə vuraraq yol kənarında olan yaşayış evinin həyətinə düşüb.
Həkimlər xəsarət alan kuryerin səhhətinin qənaətbəxş olduğunu bildiriblər. Sürücüyə isə ilkin tibbi yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31