Blinken Çini Tayvana dair status-kvonu pozmaqda günahlandırır

Olaylar.az xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken Çini Tayvanla bağlı status-kvonu pozmaqda ittiham edib. Bu barədə Bloomberg məlumat yayıb. Amerika diplomatiyasının rəhbəri qeyd edib ki, bu yaxınlarda Tayvan məsələsinə yanaşmasını dəyişən Vaşinqton deyil, Pekindir. "Biz eyni zamanda vahid Çin siyasətinə əsaslı sadiqik.  Bu dəyişməyəcək. Son illərdə Pekinin Tayvana münasibətində dəyişiklik olub. Müəyyən edilmiş müsbət status-kvonu saxlamaq əvəzinə, status-kvonun daha məqbul olmadığına dair qərar qəbul edildi", -deyə  Blinken bildirib.  "Vahid Çin" siyasətinə görə, Tayvanla bağlı həm ÇXR, həm də Çin Respublikası eyni vaxtda tanına bilməz. Vaşinqton Tayvanın müstəqilliyini tanımır, eyni zamanda ada ilə qeyri-rəsmi əlaqələr saxlayır və ona hər cür, o cümlədən hərbi dəstək verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31