Nazirlər Kabineti səfərbər edilən iş adamları üçün qərar qəbul edib- ÖZƏL
18 Oktyabr 2022 11:57 DünyaOlaylar.az xəbər verir ki, Rusiyada səfərbər olan iş adamlarına daşınmaz əmlak, torpaq sahələri və digər federal mülkiyyətin icarə haqqının ödənilməsində möhlət veriləcək. bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Sahibkarlar üçün möhlət bütün xidmət müddəti ərzində qüvvədə olacaq. "Bu cür dəstək tədbiri səfərbər olunanlarla yanaşı, hərbi xidmət müqaviləsi bağlamış sahibkarlara və ordu hissələrinə daxil olan könüllü iş adamlarına da təsir edəcək", - deyə məlumatda bildirilir. Hökumət eyni dəstək tədbirlərinin regional və bələdiyyə səviyyəsində həyata keçirilməsini tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31