Rusiyada hərbi təyyarə yaşayış binasının həyətinə düşüb, ölənlər və yaralananlar var - VİDEO + (ƏLAVƏ OLUNUB)

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 2 nəfər həlak olub, 19 nəfər isə xəsarət alıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "TASS"a tibbi xidmətlərdəki mənbə məlumat verib.

Məlumata əsasən, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır.

Xatırladaq ki, bazar ertəsi Yeysk şəhərində Su-34 hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış binasının həyətinə düşüb, nəticədə ətrafa dağılan yanacaq alışıb və alov yaxınlıqdakı yaşayış binasına keçib. Yanğın yaşayış binasının bütün doqquz mərtəbəsini əhatə edib, 100 nəfər təxliyə edilib.

***

Rusiaynın Yeysk şəhərində təyyarənin yaşayış binasının həyətinə düşməsi nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi "TASS"a Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

"Yeyskdə təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb", - deyə mətbuat xidmətindən bildiriblər.

***

Rusiyanın Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarə yaşayış binasının həyətinə düşüb.

Olaylar.az Trend=ə istinadən xəbər verir ki, "Su-34" təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşdükdən sonra yanğın 9 mərtəbəli binaya keçib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Təyyarənin heyəti katapulta olub.

Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31