Rusiyadan təyyarə qəzası barədə AÇIQLAMA
17 Oktyabr 2022 20:52 DünyaRusiya Müdafiə Nazirliyi Krasnodar vilayətinin Yoysk şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı məlumat yayıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, "Su-34" təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib.
Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini əhatə edir. Yanğın 2 min kvadratmetr sahəni bürüyüb.
Pilotun katapult edərək xilas olduğu bildirilir.
Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31