"Telegram" 5,1 milyon avro məbləğində CƏRİMƏLƏNİB
17 Oktyabr 2022 19:19 DünyaAlmaniyanın Federal Ədliyyə İdarəsi "Telegram" messenceri 5,1 milyon avro məbləğində cərimələyib.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə qurumun bugünkü açıqlamasında deyilir.
Qeyd olunur ki, "Telegram" 2021 və 2022-ci illərdə Almaniyanın sosial şəbəkələrin məzmun tərkibi barədə məlumatların təqdim olunması barədə qanunvericiliyin pozulmasında təqsirli bilinib.
"Telegram" rəhbərliyi qərarla bağlı hər hansı şərh verməyib. Şirkətin qərarla bağlı apellyasiya vermək hüququnun olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31