Yaponiya uzunmüddətli hərbi əməliyyatlara hazırlaşacaq
17 Oktyabr 2022 15:22 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida parlamentin aşağı palatasının büdcə komitəsində müzakirələr zamanı bildirib ki, dövlət döyüş əməliyyatları üçün silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirəcək. Doğan Günəş Ölkəsi hökuməti müdafiə qabiliyyəti probleminə ciddi və hərtərəfli yanaşmaq niyyətindədir. Ölkənin 2023-cü il büdcəsi formalaşdırılarkən bütün zəruri hərbi məsələlər nəzərə alınacaq. Baş nazir hesab edir ki, müdafiə qurğularının gücləndirilməsi və uzunmüddətli hərbi əməliyyatlara hazırlıq xüsusilə mühüm amildir. Deputatlar müvafiq döyüş sursatı ehtiyatının yığılmasının və mövcud hərbi obyektlərin modernləşdirilməsinin zəruriliyini qeyd edərək, hökumət başçısının fikirləri ilə razılaşıblar. Bütün bunlar hərbi büdcənin artırılmasını tələb edəcək.