Xalq artistinin dul arvadını soyana 8 il həbs verildi

Rusiyanın Xalq artisti Aleksandr Qradskinin dul arvadının qarət edilməsinin iştirakçısı olan Umedjon Jabborov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Olaylar.az olay-a istinadən yazır ki, bu barədə "Telegram 112" kanalı məlumat yayıb.

Prosesdə Jabborov təqsirini tam etiraf edib. İstintaq göstərib ki, o, 2022-ci ilin yanvarında digər əlaltıları ilə birlikdə Mərkəzi Dairəvi yolunda Marina Kotaşenko-Qradskayanın avtomobilinə minərək qəza törədib.

Kotaşenko maşından düşəndə hücuma məruz qalıb, kotecə getməyə məcbur olub və orada 100 milyon rubl olan çantanı cinayətkarlara verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31