Çin Avropaya qaz nəqlini dayandıracaq- ÖZƏL
17 Oktyabr 2022 13:55 DünyaOlaylar.az xəbər verir ki, Çin hakimiyyəti qışda evdə istilik mövsümünü təmin etmək üçün ölkədəki iri dövlət şirkətlərinə təbii qazın (LNG) Avropa və Asiyadakı müştərilərinə satışını yenidən qadağan edib. Söhbət "PetroChina Co", "Sinopec" və "Cnooc Ltd" şirkətlərindən gedir. Təşkilatlar hələlik Pekinin qərarını şərh etməyiblər. Eyni zamanda, agentlik qeyd edir ki, Çin əvvəllər ABŞ-dan təbii qaz almaq üçün böyük müqavilələr imzalayıb və 2022-ci ildə çinli treyderlər daxili tələbatın aşağı olması səbəbindən bu tədarüklərin bir hissəsini Avropaya yönləndiriblər.Çin hakimiyyətinin yeni qərarı soyuq qış şəraitində Avropaya maye qazın nəqlinin azalmasına və orada enerji böhranını daha da kəskinləşdirə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31