Justin Biberin həyat yoldaşı Selena Qomezlə birlikdə - FOTO
17 Oktyabr 2022 13:49 DünyaJustin Biberin həyat yoldaşı Hailey Biber və keçmiş sevgilisi Selena Qomez birlikdə görüntüləniblər.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur müğənni Justin Biberin keçmiş sevgilisi Selena Qomez və həyat yoldaşı Hailey Biber qucaqlaşıb poza veriblər. İştirak etdikləri dəvətlə bir araya gələn ikilinin fotoları sosial medianın gündəmini zəbt edib.
Qeyd edək ki, kanadalı pop ulduz Justin Biber illər əvvəl müğənni Selena Qomezlə eşq yaşayıb. Uzun müddət sevgili olan ikili münasibətlərini davam etdirə bilmədikləri üçün ayrılıblar. Biber 2018-ci ildə model və aktrisa Haileylə evlənib.
Müğənninin keçmiş sevgilisi ilə həyat yoldaşının bir araya gəldiyi fotonu təqdim edirik:



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31