Son 4 gündə Zaporojyedə iki təxribat cəhdinin qarşısı alınıb
17 Oktyabr 2022 13:12 Dünya"Müttəfiq qüvvələr son dörd gündə Zaporojye vilayətində iki təxribat cəhdinin qarşısını alıblar".
Olaylar.az xəbər verir ki, bu barədə "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov məlumat verib.
"4 gün ərzində iki əməliyyatla qarşılaşdıq. Birincisi, AES-dən çox da uzaq olmayan məntəqəmizdə kəşfiyyat qrupu aşkarlandı. Qısa döyüş oldu, düşmən bir neçə əsgərini itirdi və sağ sahilə çəkildi. İkincisi, Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında eniş etməyə hazırlaşan hərbi texnika və su gəmiləri ilə təchiz edilmiş silahlıların böyük bir qrupu Xerson vilayətinin Osokorovka qəsəbəsi yaxınlığındakı Kaxovka su anbarı buxtasında məhv edildi", - Roqov bildirib.
O əlavə edib ki, 50-yə yaxın Ukrayna əsgəri onların su gəmisinə minərkən həlak olub, iki yedəyə alınmış qayıq, beş sürətli qayıq, dörd tank və dörd piyada döyüş maşını məhv edilib.