Aİ İran polisinə qarşı sanksiyalar tətbiq edəcək

Olaylar.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Avropa İttifaqı İranın vitse-polisinə ölkədə etirazların qarşısını aldığına görə sanksiyalar tətbiq etməyi planlaşdırır. Müvafiq qərar bu gün Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündə müzakirə olunacaq. Burbok bildirib ki, sanksiyalar tətbiq olunacaq İran vətəndaşları Avropa İttifaqının sərhədini keçə bilməyəcək. Tehran İran xalqını bu şəkildə sıxışdırmağa davam edərsə, o zaman yeni sanksiyalar paketləri gələcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31