Somer şefin bu görüntüləri tənqid olundu - FOTO

"MasterChef Türkiyə"də münsiflər kürsüsündə əyləşən Somer Sivrioğlu sosial mediada gündəm olub.

Olaylar.az xəbər verir ki, Sivrioğlunun mühafizəçilərlə ticarət mərkəzinə daxil olması sosial mediada tənqidi reaksiyalara səbəb olub.

Görüntülərə qısa zamanda minlərlə şərh yazıb. İstifadəçilər onun bu hərəkətinə heç bir məna verməyiblər.

"Adamı qaçırıb reseptləri ala bilərlər", "Niyə bu qədər qorunurlar?", "Adam yaxşı lobya hazırladığı üçün qorunur" kimi şərhlər bildirilib.

Həmin yazılardan bəzilərini təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31