Avropa İttifaqı Ukraynaya daha 500 milyon funt-sterlinq vəsait ayıracaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Oktyabrın 17-də Lüksemburqda keçirilən görüşdə Avropa İttifaqının xarici işlər nazirləri Ukrayna silahlı qüvvələri üçün yeni maliyyə yardımı tranşını, habelə Ukrayna hərbçilərinin təlimi üçün təlim missiyasının başlanmasını təsdiqləmək niyyətində olduqlarını bildiriblər. 500 milyon funt-sterlinq vəsaitin ayrılması haqqında danışıqlar aparılıb. Yəni, ümumilikdə Aİ Kiyevə 3,1 milyard funt-sterlinq məbləğində hərbi yardım göstərəcək. Bundan əlavə, Aİ ölkələrinin XİN rəhbərləri Ukrayna hərbçiləri üçün Aİ-nin təlim missiyasına başlamaq barədə rəsmi qərar qəbul edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31