Deputatlar səfərbərliyə cəlb olunmağa etiraz edir- ÖZƏL
17 Oktyabr 2022 11:43 DünyaOlaylar.az xəbər verir ki, Dövlət Dumasının Vahid Rusiyadan olan deputatı Oleq Morozov hesab edir ki, qismən səfərbərlik haqqında qanunun deputatlara şamil edilməsi çətin ki, konstruktiv həll yoludur. Onun sözlərini RİA Novosti yayıb.
"Hüquqi nöqteyi-nəzərdən səfərbərlik haqqında qanunu deputatlara şamil etmək çətin ki, konstruktivdir, çünki Duma istənilən, ən fövqəladə şəraitdə işləməyə borcludur. Deputat öz səlahiyyətlərini yerinə yetirmək üçün seçilir ki, bu da onun "ölkə vətəndaşları qarşısında borcudur"". Millət vəkili onu da vurğulayıb ki, hazırda bir çox deputatlar hərbi xüsusi əməliyyat zonasındadır və onların faiz nisbəti bəzi digər kateqoriyadan olan vətəndaşlardan yüksək ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31