Bütün Ukraynada hava xəbərdarlığı elan edilib
17 Oktyabr 2022 11:50 DünyaSəhər saatlarından Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib.
Olaylar.az xəbər verir ki, bu barədə bir sıra Ukrayna KİV-ləri məlumat yayıb.
Kiyevin meri Vitali Kliçko öz Telegram səhifəsində şəhərin mərkəzində bir neçə küçənin hissələrində nəqliyyatın hərəkətinə qadağa qoyulduğunu bildirib. O, sakinlərdən təcili ehtiyac olmadan mərkəzə getməməyi və hava hücumu siqnallarına məhəl qoymamağı tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31