Aİ Çinə qarşı daha sərt mövqe tutmağı tövsiyə etdi- ÖZƏL

Olaylar.az Aİ ölkələri Çinə qarşı daha sərt mövqe tutmağa çağırıb. Çin Rusiyanın dəstəyi ilə Qərb demokratiyaları ilə daha birbaşa rəqabətə girdi. Bu barədə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin qarşıdan gələn sammitdə müzakirə edəcəkləri sənədə istinadən yazır. Sənəddə deyilir ki, son aylarda Çin və Rusiya arasında əlaqələrin güclənməsi narahatedici əlamətdir və Pekinin Moskvaya dəstəyi "Çinin Qərb demokratiyaları ilə daha birbaşa rəqabətə girməsinə gətirib çıxarıb". Aİ dövlətlərinə Çindən asılılığı azaltmaqla ABŞ və Hind-Sakit okean regionunun digər ölkələri ilə daha sıx əməkdaşlıq etmək tövsiyə olunur. Çinlə əməkdaşlıq potensialı yalnız səhiyyə və ətraf mühit sahələrində tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31