Qiymət artımı və hakimiyyətin iqlim fəaliyyətsizliyinə qarşı mitinqlər keçirilir - VİDEO

Parisdə qiymət artımı və hakimiyyətin iqlim fəaliyyətsizliyinə qarşı mitinqlər keçirilir.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, mitinqlərdə minlərlə insan iştirak edir. Etirazçılar maaşların və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin dondurulmasını, həmçinin əlavə gəlir vergisi və ekoloji layihələrə investisiya qoyulmasını tələb edirlər.

Üstəlik, insanlar pensiya yaşının artırılmasının əleyhinədirlər.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31