Erməni nazir də Türkiyəyə başsağlığı verdi

Ermənistanın keçmiş səhiyyə naziri, Milli Məclisin "Vətəndaş razılaşması" fraksiyasının üzvü Arsen Torosyan da Bartın şəhərində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb: 

"Bartında mədənçilərin ölümünə görə səmimi qəlbdən başsağlığı verirəm. Bölgə xalqları bu ağır itki üçün yas saxlayır".

Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bartında kömür mədənində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31