"Etirazçıları dəstəkləmək üçün bir sıra addımlar atırıq" - Ceyk Sallivan

ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyir.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra addımlar atırıq"- deyə, C.Sallivan bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirib ki, İranda etirazlar hələ uzun müddət davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31