"İran Rusiyaya ballistik raketlər ötürür" - İsrailin diaspor işləri üzrə naziri
16 Oktyabr 2022 20:44 Dünyaİsrailin diaspor işləri üzrə naziri Nəhman Şai İranın Rusiyaya PUA və ballistik raketlər satdığını əsas gətirərək, ölkəsinin Ukraynaya hərbi yardım etməsinin vacibliyini vurğulayıb.
Olaylar.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
"Bu səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər ötürür. Bu qanlı münaqişədə İsrailin hansı mövqe tutacağına artıq heç bir şübhə yoxdur. Ukraynaya hərbi yardımın verilməsinin vaxtı çatıb", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31