"Avroviziya-2023"dən imtina edən ölkələr AÇIQLANDI
16 Oktyabr 2022 19:39 DünyaDünyanın bir sıra ölkələri Liverpulda keçiriləcək "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina ediblər.
Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bu barədə "Eurovisionwolrd.com" məlumat yayıb.
Həmin ölkələr Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.
Müsabiqədə iştirakdan imtina edən ilk ölkə Monteneqro olub. Yerli yayım şirkəti RTCG bu qərarı onunla əsaslandırıb ki, ölkənin sadəcə iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31