"Qeyri-qanuni həbsdə olan vətəndaşlarımızın azadlığını tələb edirik" - ABŞ-dan İrana TƏLƏB

İrandan qeyri-qanuni həbsdə olan Amerika vətəndaşlarını dərhal azad etməyi tələb edirik.

Olaylar.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"İran qeyri-qanuni həbsdə olan vətəndaşlarımızın təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır və onlar dərhal azad edilməlidir", - Prays bildirib.

O əlavə edib ki, ABŞ Tehran həbsxanasında yanğınla bağlı xəbərləri izləyir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31