Mədən faciəsində atasını itirən qızın hərəkəti ürək dağladı - FOTO
16 Oktyabr 2022 18:37 DünyaBartın vilayətinin ( Türkiyə ) Amasra mahalındakı mədən partlayışında həyatını itirən Okan Akgülün 2 yaşlı qız atasının yas mərasimində hərəkəti ilə ürəkdağlayıb.
Olaylar.az milli.az-a istinadla bildirir ki, atasının tabutunun yanında anasına onun şəklini göstərən azyaşlı yasdakıları gözyaşına boğub. O, daha sonra tabutu qucaqlayaraq ağlayıb.
Qeyd edək ki, mədən faciəsində 41 insan ölüb. Mədənçilərin çoxunun 320 metr dərinlikdə həyatını itirdiyi müəyyən edilib. Oranın texniki rəhbəri artıq vəzifəsindən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31